ABŞ beynəlxalq ictimaiyyəti Ukraynanın bərpasına cəlb etmək istəyir

ABŞ beynəlxalq ictimaiyyəti Ukraynanın bərpasına cəlb etmək istəyir ABŞ beynəlxalq təşkilatları Ukraynanın yenidən qurulmasına cəlb etməyi planlaşdırır.
Digər ölkələr
4 Oktyabr , 2022 05:16
ABŞ beynəlxalq ictimaiyyəti Ukraynanın bərpasına cəlb etmək istəyir

ABŞ beynəlxalq təşkilatları Ukraynanın yenidən qurulmasına cəlb etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bəyan edib.

“Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyət bütün dövr ərzində Ukraynaya maliyyə, büdcə və humanitar yardım göstərib, lakin yenidənqurma yardımı deyil” - deyə o bildirib.

Onun sözlərinə görə, Vaşinqton artıq bu məsələdə Kiyevə yardım göstərmək üçün müxtəlif imkanları nəzərdən keçirməyə başlayıb:

“Biz həmçinin beynəlxalq ictimaiyyəti - Dünya Bankını, Beynəlxalq Valyuta Fondunu da cəlb etməli olacağıq. Avropa İttifaqı çox fəaldır və gələcəkdə hansı töhfə verə biləcəyi üzərində düşünür”.

Son xəbərlər

Orphus sistemi