ABŞ B-52 bombardmançı təyyarələrini təkmilləşdirəcək

ABŞ B-52 bombardmançı təyyarələrini təkmilləşdirəcək ABŞ Müdafiə Nazirliyi 1960-cı illərin “B-52 Stratofortress” bombardmançı təyyarələrini təkmilləşdirəcək. Təyyarələrin mühərriklərinin dəyişdirilməsini və yeni radarların quraşdırılmasını nəzərdə tutan proqramın dəyəri 15 milyard dollara çata bilər.
Digər ölkələr
6 Avqust , 2024 11:44
ABŞ B-52 bombardmançı təyyarələrini təkmilləşdirəcək

ABŞ Müdafiə Nazirliyinin hazırladığı 1960-cı illərin B-52 “Stratofortress” bombardmançı təyyarələrin mühərriklərinin dəyişdirilməsini və yeni radarların quraşdırılmasını nəzərdə tutan proqramın dəyəri 15 milyard dollara çata bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Defence One” portalı məlumat yayıb.

"Son hesablamalara görə, B-52 təyyarələrinin mühərrikinin dəyişdirilməsi üzrə proqramının dəyəri 15 milyard dollara qədər artıb. Bu, ilkin məbləğdən 2,5 milyard dollar çoxdur", - proqram rəhbərlərindən birinin müavini Brayan Nayt bildirib. O əlavə edib ki, ABŞ Hərbi Hava Qüvvələri layihənin yekun dəyərini dəqiqləşdirməyə davam edir.

B.Naytın sözlərinə görə, iş prosesində mütəxəssislər yeni mühərriklərin quraşdırılması ilə yanaşı, həm də pilot kabinəsi, displeylər və digər sistemləri təkmilləşdirməli olacaqlar.

İngilis versiyası US to upgrade B-52 bombers

Son xəbərlər

Orphus sistemi