ABŞ Avropada 100 min əsgəri saxlaya bilər

ABŞ Avropada 100 min əsgəri saxlaya bilər ABŞ 100 min nəfərlik gücləndirilmiş hərbi kontingentini Avropada saxlaya bilər.
Digər ölkələr
21 May , 2022 02:42
ABŞ Avropada 100 min əsgəri saxlaya bilər

ABŞ 100 min nəfərlik gücləndirilmiş hərbi kontingentini Avropada saxlaya bilər.

"Report" bu barədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, Rusiya Ukraynada müharibəni dayandırmasa, Finlandiya, İsveç və NATO-nu təhdid etməkdən əl çəkməsə, Vaşinqton bu addımı atacaq.

Qərar NATO-nun daha çox hərbi təlimlər keçirəcəyi və ya təhlükəsizlik vəziyyətinin dəyişəcəyi təqdirdə veriləcək.

Qeyd edildiyi kimi, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsindən üç həftə əvvəl Avropadakı qüvvələrinin sayını təxminən 60 min əsgərdən 100 minə qədər artırıb. Amerika qoşunları Avropanın şərq cinahı boyunca yerləşən ölkələrdə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi