ABŞ Avropa və Asiyada raketlərin sayını çoxaldacaq

ABŞ Avropa və Asiyada raketlərin sayını çoxaldacaq ABŞ Avropa və Asiya regionunda qısa və orta mənzilli raketlərin sayını artıracaq.
Digər ölkələr
2716
21 Oktyabr , 2020 02:09
ABŞ Avropa və Asiyada raketlərin sayını çoxaldacaq

ABŞ Avropa və Asiya regionunda qısa və orta mənzilli raketlərin sayını artıracaq.

“Report” xəbər verir ki, bunu Pentaqonun rəhbəri Mark Esper bildirib.

“Çin Hindistan-Sakit okean bölgəsində çox sayda raket, 1000-dən çox orta və qısa mənzilli raketlər yerləşdirib. Rusiya da qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozaraq bunu edib. Hər iki döyüş teatrında eyni qüvvələri yerləşdirməyə borcluyuq”.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında mövcud olmuş qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə Amerika tərəfinin təşəbbüsü ilə 2 avqust 2019 tarixində ləğv edilib.

Son xəbərlər

Orphus sistemi