ABŞ Əfqanıstanın qonşu ölkələrindəki hərbi obyektlərin, o cümlədən bölgədəki Rusiya bazalarının istifadəsinə dair danışıqlar aparır.
“Report” xəbər verir ki, “Politico” nəşrində yer alan məqaləyə əsasən bu barədə qapalı dinləmələr zamanı ABŞ senatorlarına Pentaqon rəhbəri Lloyd Ostin, ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi danışıb.
Belə ki, Pentaqon nümayəndələri Tacikistan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin hakimiyyəti ilə müzakirələr aparır.
Hətta Ostin açıq dinləmələr zamanı Amerika Birləşmiş Ştatlarının terrorizmlə mübarizə üçün Orta Asiyadakı Rusiya hərbi bazalarından istifadə etməsinin mümkünlüyü ilə əlaqədar rəsmi Moskvaya müraciət edildiyini etriaf edib.
Daha əvvəl, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən oxşar açıq dinləmədə Milli, Moskva ilə Vaşinqton arasında Əfqanıstanla bağlı əməkdaşlığın mümkün olub-olmadığı barədə açıq danışmaqdan imtina edib. Eyni zamanda bu mövzunu amerikalı qanunvericilərlə müzakirə etməyə hazır olduğunu söyləyib.