ABŞ administrasiyası Kaliforniya ştatının Los-Anceles şəhərində iyunun 6-da keçiriləcək Amerikalar Sammitinə Venesuela, Kuba və Nikaraqua hakimiyyətinin nümayəndələrini dəvət etməmək qərarını veriblər.
“Report” xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Bildirilib ki, ABŞ-ın vəzifəli rəsmi şəxsləri bu 3 dövlətin təmsilçiləri ilə bağlı məsələni bir neçə həftə müzakirə ediblər.
Qeyd edək ki, Amerikalar Sammiti 1994-cü ildən keçirilir. Amerika Dövlətləri Təşkilatının adı altında keçirilən toplantıda regionun vəziyyəti və əlaqələr müzakirə olunur. Təşkilat 30-da artıq dövləti öz ətrafında toplayır.
Xatırladaq ki, daha öncə ABŞ dövlət katibinin köməkçisi Brayn Nikols aprel ayında Venesuela, Kuba və Nikaraqua nümayəndələrini görüşə dəvət edilməyəcəklərini bildirmişdi.