ABŞ Almatıdakı baş konsulluğun əməkdaşlarının könüllü təxliyəsini təsdiqləyib

ABŞ Almatıdakı baş konsulluğun əməkdaşlarının könüllü təxliyəsini təsdiqləyib Dövlət Departamenti ABŞ-ın Almatıdakı Baş Konsulluğunun bəzi əməkdaşlarının və amerikalı işçilərin bütün ailə üzvlərinin xahişi ilə ölkədən çıxmasına icazə verib.
Digər ölkələr
8 yanvar 2022 03:28
ABŞ Almatıdakı baş konsulluğun əməkdaşlarının könüllü təxliyəsini təsdiqləyib

Dövlət Departamenti ABŞ-ın Almatıdakı Baş Konsulluğunun bəzi əməkdaşlarının və amerikalı işçilərin bütün ailə üzvlərinin xahişi ilə ölkədən çıxmasına icazə verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Dövlət Departamenti həmçinin iğtişaşlar və koronavirusun yayılması ilə əlaqədar həmvətənlərinə Qazaxıstana səfərdən imtina etməyi tövsiyə edib.

Məlumatda bildirilir ki, yanvarın 2-də başlayan ümummilli iğtişaşlar Almatıda infrastrukturun və hökumət binalarının dağıdılmasına, əhəmiyyətli sayda etirazçıların saxlanılması və təhlükəsizlik işçilərinin, yaralanması və ya ölümünə səbəb olub.

Orphus sistemi