ABŞ aeroportunda yük maşını təyyarə ilə toqquşub

ABŞ aeroportunda yük maşını təyyarə ilə toqquşub Nəticədə maşını aşıb, bir nəfər xəsarət alıb
Digər ölkələr
11 Mart , 2017 18:55
ABŞ aeroportunda yük maşını təyyarə ilə toqquşub

Bakı. 11 mart. REPORT.AZ/ Amerikanın Massaçusets ştatının Boston şəhər aeroportunda buz təmizləyən yük maşını təyyarə ilə toqquşub, bir nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə hava limanı rəhbərliyinə istinadən ABC News telekanalı məlumat yayıb.

İnsident cümə günü Boston şəhəri yaxınlığında Loqan Beynəlxalq Hava Limanında baş verib.

“Alaska Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi uçuşa hazır vəziyyətdə olub və üzərinin buzdan təmizlənməsi prosesindən keçirmiş. Həmin zaman yük maşını onun sol qanadına çırpılıb. Nəticədə yük maşını aşıb, hava limanı işçilərindən biri xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi