ABŞ Administrasiyası 50 min dövlət işçisini məzuniyyətdən geri çağırıb

ABŞ Administrasiyası 50 min dövlət işçisini məzuniyyətdən geri çağırıb Dövlət işçiləri ödənişsiz işləməli olacaqlar
Digər ölkələr
16 Yanvar , 2019 11:35
ABŞ Administrasiyası 50 min dövlət işçisini məzuniyyətdən geri çağırıb
0 : 00
0 : 00

Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Administrasiyası hökumət işinin qismən dayandırılması (şatdaun) səbəbindən məcburi ödənişsiz məzuniyyətə göndərilmiş 50 minə yaxın dövlət işçisini geri çağırıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Washington Post" qəzetinin məlumatına görə, iş başına vergi ödəmələrinin qaytarılmasına cavadeh olan, uçuşların təhlükəsizliyini izləyən və məhsulların və dərman preparatlarının yoxlanışını həyata keçirən dövlət işçiləri qayıdacaqlar.

Nəşr yazır ki, onlar ödənişsiz işləyəcəklər.

Ümumiyyətlə, dünən ABŞ məhkəməsi aviadispetçerləri və digər dövlət işçilərini təmsil edən həmkarlar ittifaqlarının hökuməti şatdaun vaxtı işləməyə məcbur olan federal qurumların işçilərinin əmək haqqısını verməyə məcbur etmək tələbi ilə bəyanatlarını rədd edib.

Xatırladaq ki, Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılması məsələsi ilə əlaqədar dekabrın 22-də Konqresin yeni büdcə üzrə razılıq əldə edə bilməməsi səbəbindən ABŞ-ın bir sıra federal qurumları işini qismən dayandıraraq "şatdaun" rejiminə keçiblər.

D.Tramp Konqresin qərarına ehtiyac olmadan divarın maliyyələşdirilməsi üçün sərhəddə fövqəladə vəziyyətin tətbiqi üzərində düşünür.

Son xəbərlər

Orphus sistemi