Yuxarı

ABŞ-a məxsus hərbi gəmilər mübahisəli Spartli adalarına yaxınlaşıb

Spartli (Prasel) adaları növbəti qlobal əhəmiyyətli münaqişə zonasına çevrilə bilər

Bakı. 4 mart. REPORT.AZ/ Cənubi Çin dənizi ətrafında Amerika ilə Çinin ixtilafa girməsinin ilk siqnalları verilir. Belə ki, mübahisəli Spartli (Prasel) adaları bu regionun növbəti qlobal əhəmiyyətli münaqişə zonasına çevrilməsinə gətirib çıxara bilər.

"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, ABŞ-ın hərbi-dəniz donanmasına aid gəmilər ötən gün yenidən dənizin həmin sektoruna daxil olub.

Çinin xarici işlər naziri Van Yu daha öncə Vaşinqtonu Cənubi Cin dənizində düşünülməmiş addımlardan çəkinməyə və problem yaratmamağa çağırmışdı. Pentaqon nümayəndəsi isə bildirmişdi ki, Amerika hərbi gəmisinin adalara 12 mil məsafədə yaxınlaşması beynəlxalq hüquq normalarına zidd deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi