ABŞ 80 ildən sonra NATO-nun şərq ölkələrinə hava-desant qüvvələri göndərəcək

Digər ölkələr
  • 12 avqust, 2022
  • 20:37
ABŞ 80 ildən sonra NATO-nun şərq ölkələrinə hava-desant qüvvələri göndərəcək

ABŞ NATO-nun şərq sərhədlərini gücləndirmək qərarına gəlib. Bu bölgələrə hava-desant diviziyası göndəriləcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyası Twitter-də məlumat yayıb.

Paraşütçülərin göndərilməsi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin müvafiq vədindən sonra baş verir. 101-ci hava-desant diviziyasının 2 400 əsgəri Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya göndəriləcək.

Qeyd edək ki, gələn ilə qədər NATO-nun 40 minlik Avropanın çevik reaksiya qüvvələrinin hazırkı gücü 300 mindən çox əsgərə çatdırılmalıdır.