ABŞ 2016-cı ildə digər ölkələri daha çox bombardıman edib

ABŞ 2016-cı ildə digər ölkələri daha çox bombardıman edib Təkcə İraq və Suriyaya 24 mindən çox bomba atılıb
Digər ölkələr
7 Yanvar , 2017 07:51
ABŞ 2016-cı ildə digər ölkələri daha çox bombardıman edib

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ 2016-cı ildə digər ölkələrin ərazilərinə ən azı 26 min 171 ədəd bomba atıb ki, bu da bir il əvvəlki ilə müqayisədə 3027 ədəd çoxdur.

"Report" xəbər verir ki, bu cür statistikanı cümə günü ABŞ-ın Beynəlxalq Münasibətlər Şurasının yeni analitik hesabatına əsaslanan "McClatchy" nəşriyyat holdinqinin informasiya xidməti dərc edib.

Sözügedən Şura öz hesabatında Pentaqonun məlumatlarından istifadə edir.

Amerikalılar ötən il ən çox İraq və Suriyanı bombalayıblar. Bu ölkələrə ümumilikdə 24 mindən çox bomba atılıb.

Bundan əlavə, ən azı 1337 bomba Əfqanıstana, 500 ədəd Liviyaya, 34 ədəd Yəmənə, 14 bomba Somaliyə və 3 bomba Pakistana atılıb.

Son xəbərlər

Orphus sistemi