Abe və Tramp koronavirus vaksini ilə bağlı fikir mübadiləsi apardılar

Abe və Tramp koronavirus vaksini ilə bağlı fikir mübadiləsi apardılar Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı olub.
Digər ölkələr
8 May , 2020 07:47
Abe və Tramp koronavirus vaksini ilə bağlı fikir mübadiləsi apardılar

Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.

Məlumata görə, dövlət rəsmiləri telefon danışığında koronavirusla bağlı vəziyyəti müzakirə ediblər.

Danışıq 40 dəqiqə davam edib. Söhbətin təfərrüatları açıqlanmır, ancaq Yaponiya televiziyasının məlumatına görə, tərəflər çox güman ki, pandemiyanın dünya iqtisadiyyatına təsirini müzakirə ediblər və koronavirusa qarşı vaksinin hazırlanması problemi üzrə fikir mübadiləsi aparıblar.

Yaponiyanın baş naziri və ABŞ prezidenti sonuncu dəfə martda telefonla danışıblar. Tərəflər pandemiyaya görə Tokio Olimpiya oyunlarının gələn ilə qədər təxirə salınması məsələsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi