Yuxarı

Abdulqadir Abdullayev: Mən qalib gəldiyimə əmin idim

Rəqibim elə bilirdi ki, o mənim üzərimdə qələbə qazanıb. Mən isə qalib gəldiyimə əmin idim

Баку. 23 июня. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında yarımfinala yüksələn Azərbaycanlı dəri əlcək ustası Abdulqadir Abdullayev son döyüşü haqda fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, fransalı Paul Bianqolo Ombanı 3:0 hesabı ilə məğlub edən A.Abdullayev deyib ki, qarşılaşmanın əvvəli gözlədiyi kimi yaxşı keçib: "Döyüşdən sonra hər bir qarşılaşmada olduğu kimi mən istədim rəqibimin əlini sıxam. Rəqibimə qarşı hörmət hissi ilə yanaşdım. O isə öz narazılığını bildirdi ki, guya o qalib gəlib. Mən ikinci dəfə onun əlini sıxmaq istədim, o da dönüb getdi. Rəqibim elə bilirdi ki, o mənim üzərimdə qələbə qazanıb. Mən isə qalib gəldiyimə əmin idim. Ümumiyyətlə, hər bir idmançı hesab edir ki, qalib odur".

Qeyd edək ki, Ə.Abdullayevin yarımfinaldakı rəqibi rusiyalı Sadam Maqomedov olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi