Avstraliyada 270 kq narkotik maddə daşıyan furqon polis maşınına çırpılıb

Avstraliyada 270 kq narkotik maddə daşıyan furqon polis maşınına çırpılıb Avstraliyada gənc sürücünün avtomobili bacarıqsız idarə etməsi planlaşdırılmamış həbsə və qadağan olunmuş narkotik maddələrin yayılması ittihamı üzrə mühakimə çəkişməsinə gətirib çıxarıb.
Digər ölkələr
23 İyul , 2019 10:53
Avstraliyada 270 kq narkotik maddə daşıyan furqon polis maşınına çırpılıb

Avstraliyada gənc sürücünün avtomobili bacarıqsız idarə etməsi planlaşdırılmamış həbsə və qadağan olunmuş narkotik maddələrin yayılması ittihamı üzrə mühakimə çəkişməsinə gətirib çıxarıb.

"Report" TASS-a istinadən xəbər verir ki, böyük narkotik partiyası daşıyan furqonun sürücüsü yüksək sürətlə dönmə həyata keçirərkən idarəetməni itirib və avtomobili Sidneyin İstvud rayonundakı polis bölməsi yaxınlığında dayanmış polis maşınına çarpıb.

Sürücü hadisə yerindən qaçmağı bacarsa da, qısa müddətdə yaxalanıb. Yük maşınında axtarış zamanı polis yük yerində gizlədilmiş 270 kq-dan çox metamfetamin maddəsi aşkar edib. Avstraliya polisinin hesablamalarına görə, bu partiya yerli qara bazarda azı 140 milyon ABŞ dollarına satıla bilərdi.

Həbs olunan 28 yaşlı Sidney sakininə narkotik maddələrin qanunsuz yayılması və nəqliyyat vasitəsi ilə ehtiyatsız davranış maddələri üzrə ittiham irəli sürülüb. Bu iş üzrə ilk məhkəmə prosesi yaxın günlərə təyin edilib.

Son xəbərlər

Orphus sistemi