2050-ci ildə bir çox ölkələr su ehtiyatlarının çatışmazlığı ilə üzləşəcək

2050-ci ildə bir çox ölkələr su ehtiyatlarının çatışmazlığı ilə üzləşəcək Hazırda su ehtiyatlarının çatışmazlığından dünyada 40% insan əziyyət çəkir
Digər ölkələr
15 Aprel , 2015 11:28
2050-ci ildə bir çox ölkələr su ehtiyatlarının çatışmazlığı ilə üzləşəcək

Bakı. 15 aprel. REPORT.AZ/ 2050-ci ildə planetdə 9 mlrd. əhalinin tələbatını ödəmək üçün kifayət qədər su ehtiyatı olacaq. Lakin bu ehtiyatlar bərabər şəkildə paylanmayacaq. Ətraf mühitin həddən artıq deqradasiyası və iqlim dəyişikliyi bir çox inkişaf edən ölkələrdə su ehtiyatlarının azalmasına gətirib çıxaracaq. "Report" xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Su Şurası xəbərdarlıq edir. 

Onlar qeyd edirlər ki, bu gün kənd təsərrüfatının payına su sərfiyyatının böyük bir hissəsi düşür. 2050-ci ildə dünya əhalisinin tələbatını ödəmək üçün 60%, inkişaf edən ölkələrdə isə 100% daha çox ərzaq məsulu istehsal etmək lazım gələcək.

"Su və ərzaq çatışmazlığı olmadan gələcəyə doğru" sənədində FAO və Dünya Su Şurası dövlətləri və özəl sektoru su anbarlarının yaxşılaşdırılması,çirkab suların təkrar istifadəsi ilə bağlı layihələrə, eləcə də kiçik fermerlər üçün daha davamlı kənd təsərrüfatı sistemlərinin yaradılmasına yardım edəcək elmi tədqiqatlara daha çox sərmayə qoymağa çağırıb.

Ekspertlər hesab edirlər ki, yeni texnologiyalardan istifadə edən fermerlər və xüsusilə də kiçik fermer təsərrüfatları kiçik torpaq sahəsində məhdud  miqdarda su ehtiyatı ilə istehsalın artırılması yollarını tapmalıdırlar. 

Hazırda  su ehtiyatlarının çatışmazlığından dünyada 40% insan əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi