Yuxarı

Avropaya gələn miqrantların sayı 250 faiz artıb

Bu statistikanı Avropa Birliyinin Sərhəd Təhlükəsizliyi Agentliyinin rəhbəri Fabris Leqqeri açıqlayıb

Bakı. 13 mart. REPORT.AZ/ 2015-ci ilin ilk iki ayı ərzində Avropaya qanunsuz yollarla gələn miqrantların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 250 faiz çoxdur.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu göstəricini Avropa Birliyinin Sərhəd Təhlükəsizliyi Agentliyinin (Frontex) rəhbəri Fabris Leqqeri açıqlayıb.

Parisdə jurnalistlərlə görüşən F.Leqqeri miqrantların sayının artmasını narahatedici faktor kimi qiymətləndirib və bildirib ki, AB sərhədlərinin qorunması üçün daha düşünülmüş siyasətə ehtiyac var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi