Yuxarı

​2015-ci ilin dekabrında 2500 İŞİD terrorçusu məhv edilib

Hazırda Suriya və İraqda 30 minə yaxın terrorçunun olma ehtimalı var

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi və 65 ölkənin daxil olduğu koalisiya qüvvələri tərəfindən ötən ilin dekabrında təqribən 2500 İŞİD ("İraq-Şam İslam Dövləti") terrorçusu məhv edilib.

"Report" xəbər verir ki, bu rəqəmi Bağdadda jurnalistlər üçün keçirilən mətbuat konfransında koalisiya nümayəndəsi Stiven Uorren açıqlayıb.

"Dekabrda, bizim qiymətləndirməmizə görə, Suriya və İraq ərazisinə endirilən hava zərbələri nəticəsində təqribən 2,5 min İŞİD yaraqlısı öldürülüb", - deyə polkovnik Uorren bildirib.

Uorren, həmçinin qeyd edib ki, onun hesablamalarına görə, hər iki dövlətin ərazisində 30 minə yaxın terrorçunun olma ehtimalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi