2015-ci ildə Finlandiyada qaçqınların sayı 850% artıb

2015-ci ildə Finlandiyada qaçqınların sayı 850% artıb Ötən il qaçqın statusu almaq üçün 32 476 nəfər ərizə ilə müracət edib
Digər ölkələr
23 Yanvar , 2016 14:15
2015-ci ildə Finlandiyada qaçqınların sayı 850% artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ 2015-ci ildə Finlandiyada qaçqın statusu almaq istəyənlərin sayı ötən illərlə müqayisədə 850% artıb. "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, 2015-ci ildə qaçqın statusu almaq üçün 32 476 nəfər ərizə ilə müracət edib.

Payızda xidmət həftədə təxminən 4 min qaçqını qeydiyyata salıb. Bu rəqəm isə əvvəlki dövrlərdə illik göstərici olub.

Miqrasiya Xidməti sığınacaq axtaran şəsxlərlə bağlı vəziyyətə nəzarət etdiyini də açıqlayıb. Üstəlik, idarədə ərizələrə baxılmasını iki dəfə sürətləndirmək fikrindədirlər. 

Son xəbərlər

Orphus sistemi