Yuxarı

"Amnesty International": - 2011-2015-ci illərdə Suriya həbsxanalarında 17,7 min insan ölüb

Məhbuslar lazımi saxlanma şəraiti ilə təmin olunmurlar

Bakı. 18 avqust. REPORT.AZ/ Suriyada münaqişənin başlandığı 2011-ci ilin martından 2015-ci ilin dekabrına qədər həbsxanalarda 17,7 min nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" xəbər yayıb.

"Həbsxanalarda hər ay 300-dən çox ölüm faktı qeydə alınır. 2011-ci ilə qədər onilliklər ərzində Suriyanın həbsxanalarında il ərzində təxminən 45 nəfər, ay ərzində 3-4 məhkum dünyasını dəyişirdi" – deyə təşkilatın hesabatında deyilir.

Hüquq müdafiəçilərinin məlumatına görə, məhbuslar lazımi saxlanma şəraiti ilə təmin olunmurlar. Kameralar məhkumlarla doludur. Həbslərin bütün mərhələlərində məhbuslar döyülür.

Bununla yanaşı, məhkumlar tibbi yardımla yetərincə təmin olunmur, sanitariya qaydalarına riayət edilmir, yemək çatışmazlığı mövcuddur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi