15 afrikalı miqrantın cəsədi Sinay yarımadasında aşkar edilib

15 afrikalı miqrantın cəsədi Sinay yarımadasında aşkar edilib Onların güllələndiyi güman edilir
Digər ölkələr
15 Noyabr , 2015 18:09
15 afrikalı miqrantın cəsədi Sinay yarımadasında aşkar edilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Misir hüquq mühafizə orqanlarının xəbər verdiyinə görə, Sinay yarımadasının şimalında 15 afrikalı miqrantın cəsədi aşkar edilib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, onların güllələndiyi güman edilir.

Bundan başqa güllə yarası almış səkkiz nəfər sağ tapılıb.

Rafah şəhərinə yaxın qaçqınlar qrupuna kimin hücum etdiyi hələ məlum deyil.

Misir ordusunun İslam Dövləti (İD) qruplaşmasına qarşı mübarizə apardığı bu bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır və tez-tez zorakılıq halları baş verir.

Son xəbərlər

Orphus sistemi