Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana dəstək

Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana dəstək Məşhur xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Kloud Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktına etirazını bildirib.
Diaspor
29 Sentyabr , 2020 15:13
Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana dəstək
Zeynalabdin Tagiyev və Alban Kloud
0 : 00
0 : 00

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Kloud Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktına etirazını bildirib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

O deyib ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində güclü döyüşlər gedir.

"Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.

Mən müharibənin  əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.

Bu yazım, xüsusi ilə  şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcək", - o bildirib. 

Son xəbərlər

Orphus sistemi