Yüz nəfərdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salınıb

Yüz nəfərdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salınıb Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar yüz nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.
Diaspor
2 Mart , 2022 12:08
Yüz nəfərdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salınıb

Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar 100 nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb.

Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait yaranan kimi Bakıya təxliyə olunacaqlar.

Rövşən Quliyev Ukraynadakı azərbaycanlıların taleyinə diqqətlə və həssaslıqla yanaşdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi