​Yaponiyanın internet televiziyasının canlı yayımı 20 Yanvar hadisələrinə həsr edilib

​Yaponiyanın internet televiziyasının canlı yayımı 20 Yanvar hadisələrinə həsr edilib “20 Yanvar-azərbaycanlıların qürur günü” adlı veriliş nümayiş olunub
Diaspor
19 Yanvar , 2016 13:22
​Yaponiyanın internet televiziyasının canlı yayımı  20 Yanvar hadisələrinə həsr edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Yaponiyanın Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant Əlibəy Məmmədovun təşəbbüsü ilə “World Investors TV” internet kanalının canlı yayımı 20 Yanvar hadisələrinə həsr edilib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.

“20 Yanvar-azərbaycanlıların qürur günü” adlı verilişdə həmyerlimiz Ə.Məmmədov aparıcının “20 yanvar hadisəsi nədir və necə baş verdi?” sualı ətrafında danışarkən bu hadisənin tarixi və nəticələri haqqında məlumat verib, bu günün müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirib.

Ə.Məmmədov xalqımızın hələ 1980-ci illərin sonlarından başlayan azadlıq mübarizəsindən danışıb və bildirib ki, xalqın azadlıq ruhunu qırmaq istəyən Sovet İttifaqı rəhbərliyi 1990-cı ilin yanvar ayının 19-da Bakıya ordu yeridib. Nəticədə yanvarın 19-u və 20-si tarixində Azərbaycan 147 nəfər şəhid verib. Bu hadisələrdən sonra Azərbaycanda milli vətənpərvərlik, müstəqillik hissləri daha da güclənib, xalqımız yumruq kimi birləşərək müstəqillik qazanıb.

Verilişin digər qonağı, “Azərtac”ın Yaponiyadakı müxbiri Vüqar Ağayev Sovet İttifaqının dağıldığı ərəfədə ermənilərin yaranmış gərgin vəziyyətdən istifadə edərək azərbaycanlılara qarşı törətdiyi cinayət aktlarından, öz doğma yurdlarından qovulan azərbaycanlıların acınacaqlı aqibətindən danışıb. 

Son xəbərlər

Orphus sistemi