XİN: Azərbaycan dövləti öz vətənpərvər soydaşlarının yanındadır və yanında olacaq

XİN: Azərbaycan dövləti öz vətənpərvər soydaşlarının yanındadır və yanında olacaq “Ermənistan hakim rejimi bilməlidir ki, Azərbaycan dövlətinin qüdrəti onun millətinin, xalqının iradəsindən, birliyindən qaynaqlanır. Onu da bilsinlər ki, Azərbaycan dövləti hər yerdə öz vətənpərvər soydaşlarının yanındadır və yanında olacaq”.
Diaspor
23 İyul , 2020 13:27
XİN: Azərbaycan dövləti öz vətənpərvər soydaşlarının yanındadır və yanında olacaq

“Ermənistan hakim rejimi bilməlidir ki, Azərbaycan dövlətinin qüdrəti onun millətinin, xalqının iradəsindən, birliyindən qaynaqlanır. Onu da bilsinlər ki, Azərbaycan dövləti hər yerdə öz vətənpərvər soydaşlarının yanındadır və yanında olacaq”.

“Report” xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən brifinqdə deyib.

“Ermənistanın atdığı son addımları - xarici ölkələrdə bizə qarşı təşkil etdikləri hücumlar artıq nəticə vermir. Ona görə ki, Azərbaycan bu gün beynəlxalq münasibətlərə inteqrasiya olunmuş, beynəlxalq münasibətlərin çox nüfuzlu faktorlarından birinə çevrilmiş bir ölkədir. Azərbaycan ayrı-ayrılıqda hər bir ölkə ilə özünün beynəlxalq münasibətlər sistemini, ikitərəfli münasibətlər sistemini qurub. Bu sistemdə qarşılıqlı hörmət və qarşılıqlı öhdəliklər var. İnanıram ki, heç kim ermənilərin riyakarlığına, qəddarlığına, qaragüruhçuluğuna imkan verməyəcəklər”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi