Xaricdəki azərbaycanlı gənclər ermənilərin Laçında meşəni yandırmasını pisləyib

Xaricdəki azərbaycanlı gənclər ermənilərin Laçında meşəni yandırmasını pisləyib Dünya azərbaycanlıları ölkəmizin Laçın rayonunda işğalçı Ermənistan tərəfindən 1992-ci ildə qeyri-qanuni şəkildə yerləşdirilmiş ermənilərin ərazini tərk edərkən Zabux kəndində evləri və Laçın-Zabux yolundakı meşə sahəsini yandırmalarını hiddətlə pisləyirl
Diaspor
22 Avqust , 2022 17:31
Xaricdəki azərbaycanlı gənclər ermənilərin Laçında meşəni yandırmasını pisləyib

Dünya azərbaycanlıları ölkəmizin Laçın rayonunda işğalçı Ermənistan tərəfindən 1992-ci ildə qeyri-qanuni şəkildə yerləşdirilmiş ermənilərin ərazini tərk edərkən Zabux kəndində evləri və Laçın-Zabux yolundakı meşə sahəsini yandırmalarını hiddətlə pisləyirlər.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Gürcüstanda fəaliyyət göstərən “Real News Media”nın rəhbəri Almaz Nadiroğlunun təşəbbüsü ilə “Ermənilərin ekoloji soyqırımını durdurun!” (#StopArmenianEcocide) adlı videoçarx hazırlanıb. Başlıca məqsəd dünya ictimaiyyətinə ermənilərin Laçında törətdikləri vandalizm aktları barədə həqiqətləri çatdırmaqdır.

Videoçarxda ABŞ, Kanada, İrlandiya, Fransa, İspanya, Almanya, Niderland, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan və Cənubi Koreyadan olan azərbaycanlı gənclər yaşadıqları ölkələrin dövlət dilində dünya ictimaiyyətinə “Erməni terrorunu durdurun!”, “Ermənilərin ekoloji soyqırıma dur deyək!” və “Erməni vəhşiliyinə səssiz qalmayaq!” kimi çağırışlarla müraciət ediblər.

“Facebook”, “YouTube”, “İnstagram”, “Teleqram” və digər sosial şəbəkələr üzərindən geniş yayımlanan videoçarxda ermənilərin Laçında törətdikləri vandalizm aktlarının görüntüləri əks olunub.

Qeyd edək ki, hazırda dünya gənclərinin iştirakı ilə eyni məzmunlu videonun ikinci hissəsi hazırlanır.

Son xəbərlər

Orphus sistemi