"Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir" - RƏY

"Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir" - RƏY Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycanın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə ap
Diaspor
22 Aprel , 2022 18:49
Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir - RƏY

"Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycanın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atılan addımlara, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfələrə bir baxış keçirdi, həm də qarşıdakı dövrün prioritetlərini açıqladı".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, qarşıya qoyulan əsas hədəf tarixi Zəfərin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır:

"Bunun üçün səfirliklərimizin, diaspor təşkilatlarının daha səylə çalışmalarına çağırışlar edildi. Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin nəticəsidir. Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var".

Vüqar Rəhimzadə bildirib ki, həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların imkanları daha genişdir:

"Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar”.

Son xəbərlər

Orphus sistemi