Vilayət rəhbəri: “Poltavada azərbaycanlı gənclərlə birgə fəaliyyətdən məmnun olarıq”

Vilayət rəhbəri: “Poltavada azərbaycanlı gənclərlə birgə fəaliyyətdən məmnun olarıq” Poltava vilayətinin qubernatoru Oleq Sinequbov vilayətdə fəal azərbaycanlı gənclərin nümayəndəsi, bodibildinq üzrə vilayət çempionu Əkbər Hüseynzadə ilə görüşüb
Diaspor
2 İyun , 2021 14:32
Vilayət rəhbəri: “Poltavada azərbaycanlı gənclərlə birgə fəaliyyətdən məmnun olarıq”

Poltava vilayətinin qubernatoru Oleq Sinequbov vilayətdə fəal azərbaycanlı gənclərin nümayəndəsi, bodibildinq üzrə vilayət çempionu Əkbər Hüseynzadə ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüş zamanı Ə.Hüseynzadə azərbaycanlı gənclərin yerli ukraynalı gənclərlə birgə faliyyətlərindən, planlaşdırılan layihələrdən və yeni vüsət alacaq azərbaycanlı-ukraynalı gənclərin birgə hərəkatından danışıb.

O, vilayətdə kifayət qədər sosial bazaya malik olduqlarını diqqətə çatdıraraq bildirib ki, məqsədləri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibtlərinə öz sahəsində töhfə verməkdir.

Oleq Sinequbov isə görüşdə bildirib ki, çoxmillətli ölkə olan Ukraynada millətlərin birgə fəaliyyəti üçün heç bir problem yoxdur və dövlət daim bunu təqdir edir:

“Biz burada yaşayan bütün xalqlara hörmət etməliyi və birgə fəaliyyəti dəstəkləməliyik. Mən Azərbaycanda olmuşam və Azərbaycan xalqının qonaqpərvərliyinə, dərin mədəni irsinə heyranam. Hesab edirəm ki, burada da azərbaycanlılar, xüsusilə gənclər bu potensialla Ukraynada yaxşı nümunələr ortaya qoya bilərlər. Biz digər azərbaycanlı gənclərin də fəaliyyətni dəstəkləyirik və Poltavada da birgə fəaliyyətdən məmnun olarıq”.

Daha sonra qubernator azərbaycanlı gənclərin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edib.

Son xəbərlər

Orphus sistemi