Vaşinqtonda azərbaycanlılar və türklər Baydenə etiraz aksiyası keçiriblər - YENİLƏNİB

Vaşinqtonda azərbaycanlılar və türklər Baydenə etiraz aksiyası keçiriblər - YENİLƏNİB ABŞ-ın Vaşinqton şəhərində olan türklər və azərbaycanlılar prezident Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsinə qarşı etiraz aksiyası keçirirlər.
Diaspor
25 Aprel , 2021 05:31
Vaşinqtonda azərbaycanlılar və türklər Baydenə etiraz aksiyası keçiriblər - YENİLƏNİB

ABŞ-ın Vaşinqton şəhərində azərbaycanlı və türklərdən ibarət bir qrup insan prezident Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsinə qarşı etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, Türk Amerikan Dərnəkləri Assambleyası təşkilatçılığı ilə keçirilən aksiya Türkiyə səfirliyinin Vaşinqtondakı tarixi iqamətgahının qarşısında baş tutub.

Əraziyə əllərində Türkiyə və Azərbaycan bayraqları ilə gələn yüzlərlə aksiya iştirakçısı ermənilərin tarix boyu türklərə qarşı apardığı soyqırım siyasəti haqqında yerli sakinlərə məlumatlar veriblər.

Nümayişçilər ermənilərin Azərbaycanda vəhşiçəsinə qətlə yetirdiyi günahsız insanların fotolarını nümayiş etdirib, “Ar olsun Ermənistan”, “Erməni soyqırımı tarixi yalandır”, “Xocalıya ədalət”, “Erməni yalanını dayandırın” “İcazə verin tarix danışsın” kimi şüarlar səsləndiriblər.

Aksiyanın keçirildiyi əraziyə gələn erməni diasporunun Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyasının (AYF) üzvləri təxribat törətməyə cəhd ediblər. Onlar ABŞ polisinin müdaxiləsinə baxmayaraq türk icmasının toplaşdığı əraziyə hücum çəkiblər.

Polis aksiyanın keçirildiyi yerə gələn bütün yolları nəqliyyat vasitələrinə bağlayıb və ermənilərin önünü kəsərək onların təxribatının qarşısını alıb.

Yolun polis baryerləri ilə tamamilə bağlanıldığını görən ermənilər Türkiyə səfirliyinin binasının önünə axın ediblər. Onların təxribat niyyətləri baş tutmayıb və üç saat davam edən aksiya insidentsiz ötüşüb.

00:49

ABŞ-ın Vaşinqton şəhərində olan türklər və azərbaycanlılar prezident Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsinə qarşı etiraz aksiyası keçirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, Türk Amerikan Dərnəkləri Assambleyası təşkilatçılığı ilə keçirilən aksiya Türkiyə səfirliyinin Vaşinqtondakı tarixi iqamətgahının qarşısından başlayıb.

Əraziyə əllərində Türkiyə və Azərbaycan bayraqları ilə gələn aksiya iştirakçıları Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısına getməyi planlaşdırırlar.

Qeyd edək ki, bir qrup erməni Ağ evin qarışısından aksiyanın keçirildiyi əraziyə doğru hərəkət edir.

ABŞ polisi aksiyanın keçirildiyi ərazini mühasirəyə alıb. Aksiya bir neçə saat davam edəcək.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi