Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm sərgisi açılıb 

Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm sərgisi açılıb  Beynəlxalq Rəssamlar Günündə Vaşinqtonda Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə azərbaycanlı xanım rəssamlar Nigar Bağırova və Xatirə Həsənzadənin rəsm sərgisi açılıb.
Diaspor
9 Dekabr , 2023 10:57
Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm sərgisi açılıb 

Beynəlxalq Rəssamlar Günündə Vaşinqtonda Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə azərbaycanlı xanım rəssamlar Nigar Bağırova və Xatirə Həsənzadənin rəsm sərgisi açılıb.

"Report" xəbər verir ki, tədbirdə Vaşinqton şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçiləri, yerli cəmiyyətin üzvləri, eləcə də ABŞ-də yaşayan azərbaycanlılar iştirak edib.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov sərgi zamanı eyni zamanda qadınların səlahiyyətlərinin artırılmasının da qeyd edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ABŞ-dəki səfirinin xanımı Zümrüd İbrahim Azərbaycan dövləti tərəfindən mədəniyyət və incəsənətə göstərilən xüsusi qayğıdan bəhs etmiş, hər iki azərbaycanlı xanım rəssamın ölkəmizdə, eləcə də dünyanın bir neçə ölkələrində rəsm sərgilərinin keçirildiyindən bəhs edib.

Tədbirin bədii hissəsində Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Emin Sabitoğlu və Maestro Niyazinin bəstələdiyi milli musiqi nümunələrimiz ifa edilib.

Tədbirin sonunda milli mətbəximizin ləziz təamlarının təqdim olunduğu qəbul keçirilib.

Qeyd edək ki, sərgi 11 dekabr tarixinədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi