Vaşinqtonda ANAMA-ya dəstək məqsədilə xeyriyyə konserti keçiriləcək

Vaşinqtonda ANAMA-ya dəstək məqsədilə xeyriyyə konserti keçiriləcək Mayın 3-də ABŞ-ın Vaşinqton şəhərində “The Voice of Orchid” (“Səhləbin səsi) xeyriyyə konserti keçiriləcək.
Diaspor
15 Aprel , 2022 13:07
Vaşinqtonda ANAMA-ya dəstək məqsədilə xeyriyyə konserti keçiriləcək

Mayın 3-də ABŞ-ın Vaşinqton şəhərində “The Voice of Orchid” ("Səhləbin səsi") xeyriyyə konserti keçiriləcək.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Kennedi Mərkəzində baş tutacaq xeyriyyə tədbirində klassik və müasir Azərbaycan musiqisinin məşhür nümunələri səsləndiriləcək. Əsərləri Fuad İbrahimovun dirijorluq etdiyi Bakı Kamera Orkestri, tanınmış və gənc sənətkarlar Nəzakət Teymurova, Tünzalə Ağayeva, Abbas Bağırov, Cəlal Kərimov, Orxan Cəlilov, Ənvər Sadıqov, Arslan Növrəsli, Mərziyyə Hüseynova və Nəzrin Aslanlı ifa edəcəklər.

Qeyd olunub ki, xeyriyyə tədbiri Marşal İrs İnstitutunun (MLI) Azərbaycandakı humanitar səylərinə dəstək məqsədilə gerçəkləşdirilir.

Tədbirdən toplanacaq vəsait MLI-nin minaları təmizləmək və insanların həyatını xilas etmək üçün Azərbaycana göndərəcəyi əlavə minaaxtaran itlərin maliyyələşdirilməsinə sərf olunacaq.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən MLI indiyədək ölkəmizə 40 xilasedici minaaxtaran it bağışlayıb. Bu addım təxminən 30 milyon kvadratmetr ərazinin təmizlənərək təhlükəsiz istifadə üçün əhaliyə qaytarılmasına kömək edib.

Son xəbərlər

Orphus sistemi