Ukraynanın tarixi şəhərində küçələrdən birinə Azərbaycan adının verilməsi nəzərdə tutulur

Ukraynanın tarixi şəhərində küçələrdən birinə Azərbaycan adının verilməsi nəzərdə tutulur Ukraynanın qədim və turistik şəhəri Roqatində Azərbaycan adına küçə açıla bilər.
Diaspor
4 Noyabr , 2021 12:39
Ukraynanın tarixi şəhərində küçələrdən birinə Azərbaycan adının verilməsi nəzərdə tutulur

"Ukraynanın qədim və turizm şəhəri Roqatində Azərbaycan adlı küçə açıla bilər".

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında şəhərin meri Sergey Nasalik bildirib.

O deyib ki, bu barədə düşünürük və bu, Ukrayna-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə töhfə verəcək.

S.Nasalik həmçinin qeyd edib ki, onlar Roqatin ilə Azərbaycanın ötən il işğaldan azad edilmiş qədim və turizm şəhərlərindən biri ilə qardaşlaşması barədə təklif verməyə də hazırdırlar.

Qeyd edək ki, hazırda İvano-Franskovsk vilayəti ərazisində yerləşən Roqatin şəhərinin 1200-dən çox yaşı var və Karpat dağlarının ətəyində qərbi Ukraynanın turizm ərazilərindəndir. Osmanlı Sultanı Süleyman Qanuninin ukaynalı xanımı Haseki Hürrəm Sultan (Roksalana) bu şəhərdə doğulub və böyüyüb.

Son xəbərlər

Orphus sistemi