Ukraynalılar qələbə gününü azərbaycanlıların ucaltdığı kompleksdə qeyd ediblər

Ukraynalılar qələbə gününü azərbaycanlıların ucaltdığı kompleksdə qeyd ediblər Bakı. 12 may. REPORT.AZ/ Ukraynanın Odessa və Nikolayev vilayətində yaşayan azərbaycanlılar və yerli millətin nümayəndələri faşizm üzərində qələbənin 73-cü illiyini azərbaycanlıların ucaltdığı abidə-kompleks önündə qeyd ediblər.
Diaspor
12 May , 2018 15:14
Ukraynalılar qələbə gününü azərbaycanlıların ucaltdığı kompleksdə qeyd ediblər

Bakı. 12 may. REPORT.AZ/ Ukraynanın Odessa və Nikolayev vilayətində yaşayan azərbaycanlılar və yerli millətin nümayəndələri faşizm üzərində qələbənin 73-cü illiyini azərbaycanlıların ucaltdığı abidə-kompleks önündə qeyd ediblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, konqresin Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev tərəfindən Besarabka kəndində 416-cı Taqanroq Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksi önünə toplaşanlar tədbir keçiriblər.

Mərasimdə hər iki vilayətdən azərbaycanlılar, yerli rəsmi nümayəndələr və gənc fəallar iştirak ediblər.

Qeyd edək ki, BUAK sədri Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Rövşən Tağıyevdir.

Son xəbərlər

Orphus sistemi