Ukraynada yaşayan bir qrup azərbaycanlı alim təltif olunub

Ukraynada yaşayan bir qrup azərbaycanlı alim təltif olunub Ukraynada yaşayan bir qrup azərbaycanlı alim mükafatlandırılıb.
Diaspor
112
7 İyun , 2019 19:26
Ukraynada yaşayan bir qrup azərbaycanlı alim təltif olunub

Ukraynada yaşayan bir qrup azərbaycanlı alim mükafatlandırılıb.

"Report" xəbər verir ki, Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının 100 illiyi münasibətilə siyasi elmlər üzrə fəlsəfə doktoru Tələt Əliyev, hüquq elmləru doktoru Arif Quliyev, tarix elmləri doktoru Fərhad Turanlı və hüquq elmləri doktoru Hikmət Cavadov “Ukrayna Alimlərinə Xalqın Hörmət və Şərəf” medalı ilə təltif olunublar.

Qeyd edək ki, H.Cavadov həm də Ukrayna Azərbaycanlıları Radasının həmsədridir.

Xatırladaq ki, UMEA 1918-ci il noyabrın 27-də təsis olunub. Onun ilk prezidenti və həmtəsisçisi tanınmış alim Vladimir Vernadski olub. UMEA-nın hazırkı strukturuna 174 institut daxildir.

Son xəbərlər

Orphus sistemi