Ukraynada məhşur “Meqa Yurtı” festivalına azərbaycanlılar da qatılıb

Ukraynada məhşur “Meqa Yurtı” festivalına azərbaycanlılar da qatılıb Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində keçirilən Şəhər Gününə və “Meqa Yurtı” festivalına etnik xalqlar ilə yanaşı azərbaycanlılar da qatılıb.
Diaspor
1 Oktyabr , 2021 12:04
Ukraynada məhşur “Meqa Yurtı” festivalına azərbaycanlılar da qatılıb

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində keçirilən Şəhər Gününə və “Meqa Yurtı” festivalına etnik xalqlar ilə yanaşı azərbaycanlılar da qatılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağlyevin və konqresin Mariupol şəhəri üzrə sədri Afaq Həmidovanın da qatıldığı festivalda Donetsk vilayət qubernatorunun müavini Yuliya Kostyunina, Mariupol şəhərinin meri Vadim Boyçenko, şəhər administrasiyasının sədri Nataliya Bukreyeva, Ali Radanın deputatları Dmitriy Lubenets, Vadim Novinsky, Ukrayna Yunanlar Federasiyasının rəhbəri Oleksandra Protsenko-Piçadji, yerli deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Yunan və digər etnik millətlərin mədəniyyət nümunələrinin sərgiləndiyi Festivalda çıxış edən R. Tağıyev Ukraynada etnik xalqların fəallığından, rəhbərlik etdiyi assambleyada milətlərin birgə layihələrindən bəhs edib. O qeyd edib ki, etnik xalqlar Ukraynanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daim fəaldırlar.

Daha sonra R. Tağıyev Asambleya adından rəsmi şəxslərə fəxri diplomlar təqdim edib.

Son xəbərlər

Orphus sistemi