Ukraynada dronla Azərbaycan bayrağı nümayiş olunub - VİDEO

Ukraynada dronla Azərbaycan bayrağı nümayiş olunub - VİDEO Ukrayna səmasında paytaxt Kiyevdən ilk dəfə olaraq dron ilə səmada 5х10 m ölçüsündə Azərbaycan bayrağı nümayiş olunub.
Diaspor
26 İyun , 2021 11:55
Ukraynada dronla Azərbaycan bayrağı nümayiş olunub - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq dron ilə səmada 5х10 m ölçüsündə Azərbaycan bayrağı nümayiş olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatı tərəfindən təşkıl olunan, Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr olunan aksiya ilə bağlı videoçarx da hazırlanaraq yerli mediada yayımlanıb.

Üç gün müddətində davam edən aksiyada Azərbaycan bayrağı 100 metr hündürlükdə bütün Kiyevin səmasında dron uçuşu ilə nümayiş olunub.

Qeyd edək ki, 103 yaşını qeyd edən Azərbaycan Silahlı Qüvvələri ötən il Ermənistan ordusunu məhv edərək işğala son qoyub. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun döyüş taktikası, xüsusilə Şuşa əməliyyatı beynəlxalq hərbi institutlar tərəfindən yüksək qiymətləndirilərək hərbi dərsliklərə daxil edilib. Bir sıra dövlətlər öz ordularının hazırlıqlarında Azərbaycan təcrübəsindən tətbiq etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi