Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb 

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb  Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb
Diaspor
4 Aprel , 2022 10:02
Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb 

Ukraynada Rusiya Silahlı Qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb.

Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.

Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi - Ruslan Xəlilov və Raqif Əliyev cəmiyyətin xüsusi diqqəti altındadır: "Hər iki yaralının vəziyyəti normaldır".

R.Əliyev isə bildirib ki, yaraları ağır olmasına baxmayaraq xəstəxanada müalicələri xüsusi qayğı ilə aparılır, bununla yanaşı Vinnitsa Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov hər gün onların qayğıları ilə maraqlanır.

Qeyd edək ki, hər iki azərbaycanlı hərbçi Ukrayna vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi