Ukraynada bu il yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ukraynada bu il yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Ukraynada 2021-ci ilin ilk altı ayında yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Diaspor
28 İyul , 2021 12:14
Ukraynada bu il yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ukraynada 2021-ci ilin ilk altı ayında yaşamaq icazəsi alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) Təşkilatından “Report”un Şərqi Avropa Bürosuna verilən məlumata görə, bu ilin yanvarın 1-dən iyulun 1-dək 2 238 nəfər Azərbaycan vətəndaşı Ukraynada yaşamaq izni alıb.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən UABD sorğusuna cavab olaraq daxil olan rəsmi məktubda bildirilir ki, bunlardan 1 549 nəfəri müvəqqəti, 689 nəfəri isə daimi yaşayış izni alanlardır.

Son xəbərlər

Orphus sistemi