Bakı. 26 avqust. REPORT.AZ/ Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin milli bayraq və müstəqillik günlərini qeyd ediblər. Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, Nikolayevdə baş tutan tədbirdə Assambleya prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Nikolayev vilayəti Millətlər Cəmiyyətləri Şurasının azərbaycanlı sədri Anar Axundov, Azərbaycanlı Gənclər Təşkilatının sədri Xəyyam Həqiqətoğlu, Nikolayev vilayətindəki
Tədbirdə ölçüsünə görə ən böyük Ukrayna bayrağının təqdimatı olub. Yürüş də daxil olmaqla, sonda baş tutan konsertdə ümumilikdə 4 mindən çox adam iştirak edib. BUAK sədri, Assambleya rəhbəri Rövşən Tağıyev çıxış edərək, Ukraynada millətlərin birgə yaşayışından, azərbaycanlıların Ukrayna həyatında, ölkənin müstəqilliyi uğrunda aktivliyindən bəhs edib.
Tədbir müxtəlif millətlərə məxsus musiqi nümunələrinin təqdimatı ilə başa çatıb.



