Ukraynada Azərbaycan diasporu Ukrayna sərhədçilərinə yüksək texnoloji sistemə malik tibbi avadanlıqlardan ibarət yardım edib.
Ukrayna Millətlər Assambleyasının prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev "Report"un Şərqi Avropa bürosuna bildirib ki, Almaniya istehsalı olan tibbi avadanlıqlar Ukrayna sərhədçilərinə xidməti ərazini tərk etmədən müayinə və müalicə olunmağa imkan verəcək.
Konqresin Almaniyandan olan tərəfdaşları ilə birgə gətirilən avadanlıqlara laboratoriya müayinəsi cihazları, palata ləvazimatları, kompüter diaqnostika sistemlərini və sair daxildir. Yardım, Ukraynanın Çernovtsı istiqamətində sərhəd məntəqələrinə çatdırılıb. R. Tağıyev bildirib ki, Konqresinin Çernovtsı vilayəti üzrə sədri Namiq Əliyev ilə birgə bu tip yardımların intensiv şəkildə bu bölgədə çatdırılması davam edəcək.
Ukraynanın Dövlət Sərhəd Xidməti Komandanlığı Rövşən Tağıyevi və Namiq Əliyevi humanitar yardımda fəallığa görə təltif edib.