Ukrayna prezidenti azərbaycanlı diaspor rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib

Ukrayna prezidenti azərbaycanlı diaspor rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib Bakı. 27 avqust. REPORT.AZ/ Ukraynanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə paytaxt Kiyevdə keçirilən tədbirlərə prezident Petro Poroşenko və birinci xanım Marina Poroşenkonun dəvəti ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyevin başçılıq etdiyi fəal etnik xalqların nümayəndələri də qatılıb.
Diaspor
3118
27 Avqust , 2018 19:57
Ukrayna prezidenti azərbaycanlı diaspor rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib

Bakı. 27 avqust. REPORT.AZ/ Ukraynanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə paytaxt Kiyevdə keçirilən tədbirlərə prezident Petro Poroşenko və birinci xanım Marina Poroşenkonun dəvəti ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyevin başçılıq etdiyi fəal etnik xalqların nümayəndələri də qatılıb.

UMA-dan "Report"a verilən məlumata görə, tədbir çərçivəsində Rövşən Tağıyev ilə söhbətləşən prezident Petro Poroşenko Ukrayna Millətlər Assambleyasının, xüsusilə onun fəaliyyətini yaxından izlədiyini və təqdir etdiyini bildirib. 

Prezident etnik xalqların, o cümlədən azərbaycanlıların diaspor olaraq Ukraynanın suverenliyi, iqtisadi layihələr və humanitar aksiyalarında fəal iştirakından məmnunluğunu ifadə edib. 

R.Tağıyev isə rəhbərlik etdiyi diaspor təşkilatının Ukraynanın suverenliyi uğrunda humanitar aksiyaları, ictimai-siyasi fəallığı bundan sonra da davam etdirəcəyini bildirərək yeni işləri barədə məlumat verib.

Tədbirdə R.Tağıyev Ukraynanın digər rəsmiləri ilə də işgüzar müzakirələr aparıb.

Son xəbərlər

Orphus sistemi