Ukrayna Azərbaycanlıları Radasına yeni baş katib seçilib

Ukrayna Azərbaycanlıları Radasına yeni baş katib seçilib Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) idarə heyətinin toplantısı keçirilib.
Diaspor
168
2 İyul , 2021 17:14
Ukrayna Azərbaycanlıları Radasına yeni baş katib seçilib

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) idarə heyətinin toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbir zamanı UAR-ın gördüyü işlər barədə hesabat dinlənilib və təşkilati məsələyə baxılıb.

UAR-ın baş katibi vəzifəsinə Ceyhun Məmmədovun namizədliyi irəli sürülüb. Səsvermə yolu ilə Ceyhun Məmmədov qurumun baş katibi seçilib. Elşad İbrahimov isə aparat rəhbəri vəzifəsinə təyin olunub.

Toplantıya internet üzərindən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev də qatılıb. Çıxışı zamanı Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını toplantı iştirakçılarına çatdıran şöbə müdiri göstərdiyi fəaliyyətə görə UAR-ın keçmiş baş katibi Cəlal Hüseynova minnətdarlığını bildirib və ona uğurlar arzulayıb.

Sonra UAR-ın gələcək planları və fəaliyyət istiqamətləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi