Türkiyədə Heydər Əliyev anılıb

Türkiyədə Heydər Əliyev anılıb İstanbul. 12 dekabr. REPORT.AZ/ Türkiyənin Ankara, İstanbul, İzmir və Qars şəhərlərində Azərbaycanın ümumilli lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü münasibəti ilə anım tədbirləri keçirilib.
Diaspor
3318
12 Dekabr , 2018 17:02
Türkiyədə Heydər Əliyev anılıb

İstanbul. 12 dekabr. REPORT.AZ/ Türkiyənin Ankara, İstanbul, İzmir və Qars şəhərlərində Azərbaycanın ümumilli lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü münasibəti ilə anım tədbirləri keçirilib.

“Report”un Türkiyə bürosunun məlumatına görə, Ankarada Heydər Əliyev adına Parkda baş tutan mərasimdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, hər iki ölkədən siyasi xadimlər, millət vəkilləri, diaspor nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak edib.

Heydər Əliyevin büstünün önünə çiçək dəstələri qoyulub, onun adını daşıyan məktəbdə bədii proqram təşkil olunub. Çıxışlarda ulu öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü müdrük siyasət barəsində fikirlər söylənilib, onunla bağlı xatirələr bölüşülüb.

İstanbulun Sarıyer rayonunda da ümumilli lider anılıb. Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə baş konsul Məsim Hacıyev, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri, professor Akkan Suver, hər iki ölkədən olan millət vəkilləri, siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədə yaşayan və səfərdə olan soydaşlarımız, tələbələr qatılıblar. Ümumilli lider Heydər Əliyevin heykəli qarşısına qızılgül dəstələri qoyan ziyarətçilər onun ruhu qarşısında baş əyiblər. Daha sonra Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün bu ərazidə yerləşən büstü qarşısına gül dəstələri düzüb əziz xatirəsini ehtiramla yad ediblər. İstanbulda fəaliyyət göstərən Azərbaycan və Türkiyənin dövlət qurumları, müəssisə və təşkilatlar adından Heydər Əliyev Parkına gül çələngləri gətirilib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi