Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunun açılışı olub

Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunun açılışı olub Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu, Türk dünyasının 2022-ci ildə mədəniyyət paytaxtı Bursa şəhərində öz işinə başlayıb.
Diaspor
28 Mart , 2022 15:55
Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunun açılışı olub

Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu Türk dünyasının 2022-ci ildə mədəniyyət paytaxtı Bursa şəhərində öz işinə başlayıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, rəsmi şəxslərin, türk dünyasını təmsil edən ziyalıların və tələbələrin, diaspor fəallarının qatılması ilə keçirilən Forumun açılışında Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistandan rəsmi şəxslər iştirak ediblər.

Açılışdan əvvəl türk dövlətlərinin və xalqlarının tarixini, mədəniyyətini, dəyərlərini, birliyini və həmrəyliyini əks etdirən film nümayiş olunub.

Rəsmi açılışda TDT Ağsaqqallar Şurasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəisi Abdullah Eren, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Bursa valisi Yakup Canpolat çıxış edib.

Xatırladaq ki, iki gün davam edəcək Forumda TDT-nin diaspor sahəsində gördüyü işlər təhlil olunacaq, qarşıya qoyduğu vəzifələr ətrafında müzakirələr aparılacaqdır.

Tədbirdə türk dövlətlərində diasporun tarixi və müasir vəziyyətinə dair panellər keçiriləcək.

İkinci Diaspora Forumunda iştirak edən Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirdə çıxış edəcək.

Forumun təşkilat komitəsindən "Report"a verilən məlumata görə, tədbirə 12 ölkədən 70-dək nümayəndə bir araya gəlib.

Qeyd edək ki, panellərdə və ikitərəfli görüşlərdə türk dünyası diaspor qurumları arasında əməkdaşlıq imkanları da ətraflı şəkildə müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi