Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumu başa çatıb

Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumu başa çatıb Azərbaycanın geniş tərkibli heyətinin fəal iştirakı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspor Forumu başa çatıb. "Report"un Türkiyə bürosu xəbər verir ki, Türk dünyasının mədəniyyət paytaxtı olan Bursa şəhərində iki gün davam edən
Diaspor
29 Mart , 2022 17:23
Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumu başa çatıb

Azərbaycanın geniş tərkibli heyətinin fəal iştirakı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspor Forumu başa çatıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Türk dünyasının mədəniyyət paytaxtı olan Bursa şəhərində iki gün davam edən tədbirdə rəsmi açılış mərasimi, panellər, ikitərəfli görüşlər və təcrübə mübadiləsi proqramı təşkil olunub.

Rəsmi açılışda Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Bursa valisi Yakup Canpolat, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış ediblər.

“TDT üzv ölkələrində diasporların müasir vəziyyəti və gələcək perspektivi” mövzulu paneldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Paneldə Türkiyə ilə bərabər Qırğızıstan, Qazaxıstan və Özbəkistanı təmsil edən rəsmi heyətlərin rəhbərləri mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.

Forumun birinci günü “Diasporda QHT-lərin bacarıqlarının artırılması və çətinliklər”, “TDT-yə üzv ölkələrin diasporlarının tarixi prosesi” mövzularında panellər keçirilib.

Hər iki paneldə Azərbaycanda diasporçuluq tarixi və bu strukturun inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda diasporçuluq strukturunun formalaşmasındakı səyləri, qəbul olunan qərarlar, bu siyasətin hazırda da uğurla davam etdirilməsinin real nəticələrindən danışılıb.

Martın 29-da Türk Dövlətləri Təşkilatının İkinci Diaspora Forumu təcrübə mübadiləsi proqramı ilə işini davam etdirib.

Tədbirin bu hissəsində isə qarşılıqlı təcrübə mübadiləsi, diaspor qurumlarına maliyyə köçürülməsi proseduraları, türk dili və türk mədəniyyəti üzrə xaricə təyin olunmuş müəllimlər və bir çox məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi