Tbilisidə "Xocalıya ədalət" kampaniyası çərçivəsində yürüş keçirilib

Tbilisidə "Xocalıya ədalət" kampaniyası çərçivəsində yürüş keçirilib 200-dək insanın iştirak etdiyi aksiya insidentsiz başa çatıb
Diaspor
26 Fevral , 2015 18:41
Tbilisidə Xocalıya ədalət kampaniyası çərçivəsində yürüş keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə yürüş keçirilib. Yürüşdə azərbaycanlı və gürcü gənclər, ziyalılar, dövlət məmurları, QHT və ictimaiyyət nümayəndələrinin təmsilçiləri iştirak edib.

“Report” Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, üzərində “Xocalıya ədalət!” yazılmış geyimlərdə olan iştirakçılar əllərində Azərbaycan və Gürcüstan bayraqları, plakatlar tutaraq mərkəzi küçələrlə hərəkət ediblər. Aksiya zamanı "Xocalıya ədalət!", "Qarabağa azadlıq!", "Müharibə istəmirik!", "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!", "İşğalçı Ermənistan dövlətinə lənət!", "Xocalı - əsrin soyqırımı!" , “Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun”, “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır” kimi şüarlar səsləndiriblər.

Gün ərzində azərbaycanlı gənclər şəhər sakinlərinə və qonaqlara Xocalı soyqırımı haqqında məlumatların çap olunduğu bukletlər paylayaraq insanları Xocalıda baş verənlər barədə məlumatlandırmağa çalışıblar. Sonra yürüş iştirakçıları Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Səfirlik qarşısında təşkil olunan aksiyada iştirakçılar "Xocalıya ədalət!", "Cinayətkarlara ölüm!” şüarları ilə Xocalı soyqırımını həyata keçirənlərin cəzalandırılmasını tələb ediblər. Aksiyanın sonunda qəbul olunan bəyanat Ermənistan səfirliyinə təqdim edilib.

200-dək insanın iştirak etdiyi aksiya insidentsiz başa çatıb.

Son xəbərlər

Orphus sistemi