Tbilisidə Xocalı soyqırımın qurbanları anılıb

Tbilisidə Xocalı soyqırımın qurbanları anılıb Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Diaspor
26 Fevral , 2022 17:15
Tbilisidə Xocalı soyqırımın qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Komitədən "Report"a bildirilib ki, tədbirdən öncə Mərkəzin müəllim və tələbə kollektivi Tbilisinin Azadlıq meydanından Parlament önünə qədər şəhər sakinlərini və tursitləri məlumatlandırıcı bukletlər və şəhidlərin rəmzi qərənfillər paylanılıb.

"Alyans" Gənclər Mərkəzinin ofisində davam etdirilən anım məradimi Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb, Azərbaycanın dövlət himni səsləndirilib.

Mərkəzin sədri Leyla Əmrahova 30 il bundan öncə Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən olan Xocalı soyqırımı haqqında danışıb. 613 mülki şəxsin bir gecədə xüsusi amansızlıqla, etnik mənsubiyyətinə görə qətlə yetirildiyini vurğulayıb.

İcraçı direktor Rəna Hüseynova soyqırımın Ermənistan tərəfindən aparılan irqçi siyasətin təzahürü olduğunu, dinc sakinlərə qarşı törədilmiş bu vəhşətin unudulmayacağını söyləyib.

Mərkəzin tarix müəllimi Füzuli Qəhrəmanov Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üçün görülməsi vacib olan işlərdən söz açıb. Daha sonar Nəzrin Qəmbərli "Xocalı" şeirini səsləndirib.

Sonda faciəyə həsr olunmuş "Ümid işığı" filmi izlənilib.

Son xəbərlər

Orphus sistemi