Tbilisidə şəhid ailələri ilə görüş keçirilib

Tbilisidə şəhid ailələri ilə görüş keçirilib Tbilisi. 2 iyun. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyi və səfirliyin hərbi attaşe aparatı Marneulidə şəhid aillələri ilə görüş keçirib.
Diaspor
2 İyun , 2018 20:38
Tbilisidə şəhid ailələri ilə görüş keçirilib
Report

Tbilisi. 2 iyun. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyi və səfirliyin hərbi attaşe aparatı Marneulidə şəhid aillələri ilə görüş keçirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda canından keçmiş dörd şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir Dursun Həsənov çıxış edərək Azərbaycan dövlətinin şəhid ailələrinə diqqət və qayğısından danışıb. Bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız da bu qayğıdan kənarda qalmayıb.

Sonra səfir və attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov şəhidlərin yaxınları ilə söhbət edib, qayğıları ilə maraqlanıblar.

Şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.

Son xəbərlər

Orphus sistemi