Tatarıstandakı “Azərbaycan” Regional İctimai Təşkilatına yeni rəhbər seçilib

Tatarıstandakı “Azərbaycan” Regional İctimai Təşkilatına yeni rəhbər seçilib Ümumi açıq səsvermədə Bəşir Bəşirov təşkilata yeni sədr seçilib
Diaspor
22 Dekabr , 2016 16:18
Tatarıstandakı “Azərbaycan” Regional İctimai Təşkilatına yeni rəhbər seçilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin “Azərbaycan” Regional İctimai Təşkilatına yeni rəhbər seçilib.

"Report" Tatarıstanın "Xalqlar Dostluğu Evi"nə istinadən xəbər verir ki, ümumi açıq səsvermədə Kazan şəhərindən olan iş adamı Bəşir Bəşirov təşkilatın yeni sədri seçilib.

Yeni sədrin seçimi təşkilatın hesabat-seçki konfransında baş tutub. Konfransda Tatarıstan azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətlərinin nümayəndələri, eləcə də təşkilatın fəaliyyətində fəal iştirak edən 66 nümayəndə iştirak edib.

Muxtariyyətin əvvəlki rəhbəri Sübhan Əhədzadə könüllü olaraq səlahiyyətlərini təhvil verib. 

Son xəbərlər

Orphus sistemi