Tallində Azərbaycanın müstəqilliyinin 105, Heydər Əliyevin 100 illiyi münasibətilə konsert keçiriləcək

Tallində Azərbaycanın müstəqilliyinin 105, Heydər Əliyevin 100 illiyi münasibətilə konsert keçiriləcək Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Respublikasının müstəqilliyinin 105, Ümummilli Lider Heydər Əliyevin isə 100 illik yubileyi münasibətilə konsert keçiriləcək.
Diaspor
23 May , 2023 13:08
Tallində Azərbaycanın müstəqilliyinin 105, Heydər Əliyevin 100 illiyi münasibətilə konsert keçiriləcək

Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Respublikasının müstəqilliyinin 105, Ümummilli Lider Heydər Əliyevin isə 100 illik yubileyi münasibətilə konsert keçiriləcək.

"Report"un əməkdaşı xəbər verir ki, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir mayın 26-da yerli vaxtla saat 18:30-da başlayacaq.

Konsertdə bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı, Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinin məzunu Abuzər Manafzadə və həyat yoldaşı, vokalist Karen Danger-Manafzadə; vokalist Leyla Rəhimova; Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tam orta məktəbinin məzunu, respublika və beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanova; sopranoçu Dərya Hüseynova; Tatyana Qasımova çıxış edəcək.

Qeyd edək ki, tədbirdə Estoniya Parlamentinin üzvlərinin, Tallin şəhər rəhbərliyinin, Mədəniyyət Nazirliyi nümayəndələrinin, milli azlıqların təmsilçilərinin və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi